Salome Zurabişvili - münaqişə zamanı Gürcüstan sülhün tərəfində dururdu və durur, dialoq və vəziyyətin səngiməsi üçün təklif olunmuş platformamız qüvvədə qalır
Salome Zurabişvili - münaqişə zamanı Gürcüstan sülhün tərəfində dururdu və durur, dialoq və vəziyyətin səngiməsi üçün təklif olunmuş platformamız qüvvədə qalır

Münaqişə zamanı Gürcüstan sülhün tərəfində dururdu və durur, bunun əlaqməti olaraq, dialoq və vəziyyətin səngiməsi üçün təklif olunmuş platformamız qüvvədə qalır, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili Ermənistan prezidenti, Armen Sarksyan ilə keçirilmiş mətbuat konfransında bəyan etdi.

Zurabişvilinin dediyinə görə, Ermənistan prezidentinin Gürcüstan səfəri çoxdan planlaşdırlmışdı, buna pandemiya və bölgədə yaranmış vəziyyət mane oldu.

“Cənab prezident bugünki gün və ölkəmizə səfərinizə görə sevinirəm. Bu səfər çoxdan planlaşdırılmışdı və təəssüflər olsun ki, baş verə bilmədi. Pandemiya, bölgədə yaranmış vəziyyət buna mane oldu və bu vaxta qədər bu səfəri təşkil edə bilmədik. Çox xoşbəxtəm ki, imkanım var Orbelianilər Sarayında sizi qəbul edirəm. Bizim öncəki görüşümüzdən sonra Qafqazda hamımız çox ağır çağırışlar qarşısında durdur, bir tərəfdən pandemiyadan irəli gələrək, pandemiya hər üç ölkənin iqtisadiyyatına ziyan vurdu, bütün dünya və bir-birimizlə əlqələrdə bağladı, insanların həyhatı qurban getdi. Lakin bölgə və ayrıca ölkələr üçün müharibə nəticəsində əmələ gələn qurbanlar ağır idi. Bu müharibə zamanı həlak olanların ailələrinə başsağlığı vermək istəyirəm. Sizə, cənab prezident həmrəylik ifadə etmək istəyirəm. Münaqişə zamanı Gürcüstan sülhün tərəfində dururdu və durur, bunun əlaqməti olaraq, dialoq və vəziyyətin səngiməsi üçün təklif olunmuş platformamız qüvvədə qalır”, – Salome Zurabişvili bəyan etdi.