Salome Zurabişvili müxalifət partiyaları ilə məsləhətləşmələr aparır
Salome Zurabişvili müxalifət partiyaları ilə məsləhətləşmələr aparır

 
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət partiyaları ilə məsləhətləşmələr aparır.

Məsləhətləşmələrin mövzusu dəqiqləşdirilməyib, lakin məlum olduğu kimi, görüşdə “Gürcü Xartiyası” və Salome Zurabişvili tərəfindən seçilmiş baş nazirliyə namizəd haqda danışacaqlar, bu haqda prezident bir neçə gün bundan əvvəl bəyanat vermişdi.

Müxalifət nümayəndələri ilə görüş Orbelianebi sarayında keçirilir.

“Dəyişikliklər Naminə Koalisiyası”nın üzvləri məsləhətləşmələr üçün artıq prezident sarayına gediblər.