Salome Zurabişvili – Mişelin razılaşmasının tərəfdarları əvvəlcədən düşünməli idilər, ictimaiyyət üçün nə məqbul və nə qəbuledilməz idi, mənim üçün 43 faizlik göstəriciyə aid olan maddə anlaşılmazdır
Şarl Mişelin razılaşmasının tərəfdarları əvvəlcədən düşünməli idilər, ictimaiyyət üçün nə məqbul və nə qəbuledilməz idi, mənim üçün 43 faizlik göstəriciyə aid olan maddə anlaşılmazdır, – bu barədə “İmedi” teleşirkətinin efirində Gürcüstan prezidenti, Saome Zurabişvili bəyan etdi.
Zurabişvilinin dediyinə görə, seçkilər beynəlxalq partnyorlar tərəfindən legitim olaraq dəyərləndirildi.
“Mən düşünürən ki, ümumiyyətlə legitim seçkilərin nəticələrini yeni sual altına almaq və yeni təsdiq vacibliyi qarşısında qoymaq olmaz. Bu deməkdir ki, seçici sənə səs verdi, lakin sən ona deyirsən ki, br daha təsdiq etməlisən ki, mənə səs veribsən. Mənim fikrimcə, demokratik seçkilərinin nəzəriyyəsinə bu oturmur.
Mən sənədin mətni barəsində heç nə deməməliyəm, lakin sənədin birinci hissəsi var idi, hansı da 43 faizi tərkib etmirdi və hakim partiya ona imza atdı. Sonra onlar bu maddənin əks olunduğu sənədə imza atdılar. Aydındır ki, mən birinci versiyaya daha da yönəlirdim. Bu yalnız Gürcüstana aid deyil. Ümumiyyətlə, seçkilərin legitimliyini belə asanlıqla güzəştə getmək təhlükəlidir”, – Salome Zurabişvili bəyan etdi.