Salome Zurabişvili - mənim Putinlə dialoqum olmayacaq, yalnız ona xatırladacam ki, bütün öhdəlikləri pozubdur
Salome Zurabişvili - mənim Putinlə dialoqum olmayacaq, yalnız ona xatırladacam ki, bütün öhdəlikləri pozubdur

Mənim Putinlə dialoqum olmayacaq, yalnız ona xatırladacam ki, bütün öhdəlikləri pozubdur, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili, Estoniya İctimai Yayımçısı ilə müsahibəsində bəyan etdi.

Jurnalistin sualına – “cənab Putinə nə deyərdiniz”, Salome Zurabişvili cavab verdi, maraqlısı odur ki, Putin ona nə deyərdi.

“Cənab Putin mənə nə deyərdi, maraqlısı budur. Birinci addımı o, atmalıdır. Bu gün bütün Avropa partnyorlarının Rusiya ilə əlaqədə problemi ondan ibarətdir ki, Rusiya düzgün hərəkət etmir və heçnəyə hörmət etmir. Mənim Putinlə dialoqum olmayacaq, yalnız ona xatırladacam ki, bütün öhdəlikləri pozubdur”, – Salome Zurabişvili bəyan etdi.

Estoniya İctimai Yayımçısının jurnalisti Gürcüstan prezidentinə Rusiya ilə donmuş münaqişələr barəsində sual verdi. Salome Zurabişvili cavab olaraq bildirdi ki, bu donmuş münaqişələr deyil, işğal olunmuş ərazilərdir.