Salome Zurabişvili - Mən prezidentəm və prezident olacam
Salome Zurabişvili - Mən prezidentəm və prezident olacam

 
Əgər hakim partiya parçalansa, seçkilər avtomatik olaraq təyin olunacaq, əgər ağlını başına yığmasa və yeni seçkilər təyin etməsə parçalanma onun qaçılmaz gələcəyidir. Seçkilərin təyin olunacağına dair iki fikir yoxdur – bu haqda Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili bugünkü brifinqdə jurnalistin sualına cavab verərkən deyib.

Bundan əlavə, Salome Zurabişvili qeyd edib ki, o, prezidentdir və olacaq.

“Mən prezidentəm və prezident olacam. Bu seçkilərdə partiyaların bölgüsü və mənim iştirakımın necə olacağı sabahın sualıdır” – Salome Zurabişvili bildirib.