Salome Zurabişvili - Məhkəmənin olmadığı ölkə artıq dövlət deyil, bu bədəli hamı, bu gün bu cür utancverici qərarı alqışlayan insanlar da ödəyəcək
Məhkəmənin olmadığı ölkə artıq dövlət deyil, bu bədəli hamı, bu gün bu cür utancverici qərarı alqışlayan insanlar da ödəyəcək – bu barədə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili deyib.
O bildirib ki, Mate Devize bu gün bir insan kimi formalaşdı və ölkənin tarixinə düşdü.
“Bu gün Gürcüstan üçün utancverici gündür. O salonda Gürcüstanın bayrağı, Gürcüstanın gerbi var idi. Bizdə təhqirdən çox danışırlar və cərimələr kəsirlər. Lakin, əslində bu gün burada dayanan və ya dayanmayan hər bir insan, cəmiyyətin susan hər bir üzvü təhqir olunur.
Məhkəmənin olmadığı ölkə artıq dövlət deyil. Bunun bədəlini hamı ödəyəcək, sabah, birisigün. Bu gün bu cür utancverici qərarı alqışlayan insanlar da, orada, bu salonda əyləşən hakim, prokuror da və bilmirəm nə düşünürlər, onların gələcəyi necə olacaq.
Mate Devidzenin gələcəyinin necə olacağını bilirəm. O, bu gün bir insan kimi formalaşdı və tariximizə düşdü, biz onu unutmayacağıq. O, bizim bir ləyaqət simvolumuz olacaq. Onlar köləliyin simvolu olacaqlar. Onlar quldurlar, deyəcəyəm və təkrarlayacağam. Bu məhkəmə deyil. Ümid edirəm ki, növbəti mərhələlərə keçəcəklər və işə Strasburqda da baxılacaq” – Zurabişvili bildirib.