Salome Zurabişvili Levan İoseliani ilə görüşdü
Salome Zurabişvili Levan İoseliani ilə görüşdü

Gürcüstan Xalq Müdafiəçisi, Levan İoseliani Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşdü.

Xalq Müdafiəçisinin məlumatına görə, tanışlıq xarakterli görüşdə prezident Xalq Müdafiəçisini vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və uğurlar arzuladı. Tərəflər demokratik dəyərlər standartları və institusiyanın əhəmiyyətindən danışdılar.

Salome Zurabişvili Xalq Müdafiəçisinə insan hüquqları müdafiəsi işində dəstək ifadə etdi və əməkdaşlıq üçün hazırlığını bildirdi.