Salome Zurabişvili – Kramatorskdakı rus vəhşiliyi, təsvir olunmaz qırğın bəşəriyyət tarixində qaranlıq səhifə olaraq qalacaq

19:49, 08.04.2022

Rusiyanın Kramatorskdakı vəhşiliyi, ağlasığmaz qırğın insan hüquqlarının pozulmasıdır” yazıb Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” sosial şəbəkəsində.

Onun sözlərinə görə, bu cür zorakılıq bəşəriyyət tarixində qaranlıq səhifə olaraq qalacaq.

“Belə zorakılıq bəşər tarixində qara səhifə  olaraq qalacaq. İnsanlığa qarşı çoxlu cinayətlər törədilib”, – deyə Salome Zurabişvili yazıb.

Məlumat üçün bildirək ki, Donetsk vilayətinin Kramatorsk şəhərində dəmiryol vağzalına Rusiya qüvvələri raket zərbələri endirib. Ukrayna mətbuatının məlumatına görə, hücum nəticəsində 30 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.

Oxşar