Salome Zurabişvili koronavirus ilə bağlı mövcud durum barəsində bolqar həmkarı ilə video zənglə danışdı
Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Bolqarıstan prezidenti, Rumen Radev ilə video zəng vasitəsi ilə söhbət etdi.
Gürcüstan prezidenti mətbuat xidmətinin məlumatına görə, prezidentlər Gürcüstan və Bolqarıstanda koronavirus ilə bağlı mövcud durum barəsində söhbət etdilr və virusa qarşı ölkələrdə həyata keçirilən tədbirləri müzakirə etdilər, statistik göstəricilər mübadiləsini etdilər və pandemiya mübarizəsi strategiyası barəsində danışdılar.
Elə onların məlumatına görə, Bolqarıstan prezidenti bəyan etdi ki, bu gün dünyada heç bir ölkə müstəqil şəkildə və yalnız pandimaya ilə mübarizə apara bilməz, buna görə də birgə və həmrək hərəkət önəmlidir.
Gürcüstan prezidenti mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili bolqar həmkarı ilə həmçinin Gürcüstanın işğal olunmuş ərazilərində mövcud durum barəsində söhbət etdi və qeyd etdi ki, böhran zamanı durumun deeskalasiyası əhəmiyyətlidir.
Elə onların məlumatına görə, Gürcüstan prezidenti Avropa İttifaqının üzv ölkəsi kimi Bolqarıstana, pandemiya ilə mübarizə zamanı maliyyə yardımı üçün minnətdarlığını bildirdi.