Salome Zurabişvili – Kabildə terror hücumunu sərt şəkildə qınayıram, təxliyə dinc şəraitdə davam etməlidir
Gürcüstan prezidenti, Salome Zurabişvili Kabildə baş verən terror hücumunu qınayır. Bu barədə prezident “tvitter” sosial şəbəkəsində yazır.
“Kabildə terror hücumunu sərt şəkildə qınayıram. Həlak olan əfqan dinc vətəndaşları və Amerikalı hərbçilər üçün dua edirəm. Təxliyə dinc şəraitdə davam etməlidir. Gürcüstan təxliyyə edənləri və zoraklığı qarşı həmrəyliyini ifadə edənləri dəstəkləməyi davam etdirəcək”, – Salome Zurabişvili yazır.
Xatırladaq ki, Kabil aeroportu yaxınlığında partlayış nəticəsində 90 nəfər həlak oldu. 12 Amerikalı hərbçi həlak oldu və daha 158 insan xəsarət aldı. Baş verənlər üzrə məsuliyyəti “İslam Dövləti” üzərinə götürdü.