Salome Zurabişvili İtaliya Respublikası prezidenti ilə telefonla söhbət etdi
Salome Zurabişvili İtaliya Respublikası prezidenti ilə telefonla söhbət etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili İtaliya Respublikası prezidenti, Sercio Matarela ilə telefonla söhbət etdi.

Prezident administrasiyasının məlumatına görə, prezidentlər koronavirus ilə bağlı Gürcüstan və İtaliyada yaranan durum barəsində söhbət etdilr və qeyd etdilər ki, pandemiya Gürcüstan-İtaliya arasında iqtisadiyyat, tibb, turizm və kənd təsərüfatı bölməsində olan əməkdaşlığa maneəçilik törətməməlidir.

“İtaliya prezidenti pandemiya ilə mübarizədə Gürcüstan tərəfindən həyata keçirilən tədbirlər və nailiyyətlərə yüksək dəyərləndimə verdi.

Gürcüstan prezidentinin bəyan etdiyinə görə, koronavirus ilə əmlə gələn böhran şəraitində ölkələr arasında əməkdaşlığa paralel olaraq, həmçinin maliyyə baxımından həmrəylik əhəmiyətlidir.

Söhbət zamanı qeyd olundu ki, koronavirusa qarşı vaksinin yaradılmasında əməkdaşlıq vacibdir.

Tərəflər turizm və kənd təsərrüfatı bölməsində əməkdaşlıq məsələləri barəsində də söhbət etdilər.

Gürcüstan prezidenti İtaliyalı həmkarı ilə, Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış ağır durum barəsində və borderləşdirmə məsələsi ilə bağlı söhbət etdi.

Sercio Matarela Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı İtaliyanın dəstyini bir daha ifadə etdi”, – Gürcüstan prezidenti administrasiyasının yaydığı məlumatında deyilir.