Salome Zurabişvili İsveçrə prezidentinə Zaza Qaxeladzenin azad olunmasına daxil etdiyi töhfəsinə görə, minnətdarlığını bildirdi
Salome Zurabişvili İsveçrə prezidentinə Zaza Qaxeladzenin azad olunmasına daxil etdiyi töhfəsinə görə, minnətdarlığını bildirdi

Gürcüstan prezidenti, Salome Zurabişvili və İsveçrə prezidenti, Qi Parmelin arasında telefon söhbəti baş tutdu.

Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, Salome Zurabişvili İsveçrə prezidentinə işğal rejimi tərəfindən yaxalanan Zaza Qaxeladzenin azad olunmasına daxil etdiyi töhfəsinə və səylərinə görə, minnətdarlığını bildirdi.

“Öz növbəsində, İsveçrə Konfederasiyası prezidenti Gürcüstan prezidentinə dəvəti yenilədi, çünki koronavirus pandemiyasına görə, Gürcüstan prezidentinin İsveçrəyə rəsmi səfəri 2020-ci ildə baş tuta bilmədi. Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı barəsində shbət etdilər və siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi əhəmiyyəti barəsində söhbət etdilər”, – məlumatda qeyd edilir.