Salome Zurabişvili İsveçrə prezidenti ilə böhrandan sonrakı dövrdə turizmin inkişafı məsələsini müzakirə etdi
Gürcüstan prezidenti, Salome Zurabişvili İsveçrə Konfederasiyası prezidenti, Simoneta Somaruqa söhbət etdi. Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.
Elə onların məlumatına görə, prezidentlər koronavirus ilə bağlı İveçrə və Gürcüstanda yaranmış durum və virusa qarşı həyata keçirilən tədbirləri müzakirə etdilər.
İsveçrə Konfederasiyası prezidenti Gürcüstan prezidentini koronavirusun yayılmasının pikindən sonrakı planları ilə tanış etdi.
“Gürcüstan prezidenti işğal olunmuş ərazilərdə yaranmış durum və borderləşdirmə barəsində söhbət etdi. Salome Zurabişvilinin bəyan etdiyinə görə, dünyada pandemiyaya görə beynəlxalq böhran yarandığı zaman, durumun eskalasiyası əhəmiyyətlidir.
İsveçrə Konfederasiyası prezidenti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini bir daha təsdiq etdi.
Prezidentlər böhrandan sonrakı dövrdə turizmin inkişafı məsələsini müzakirə etdilər”, – Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.