Salome Zurabişvili işgüzar səfərlə Fransadadır
Salome Zurabişvili işgüzar səfərlə Fransadadır

Gürcüstan prezidenti, Salome Zurabişvili işgüzar səfərlə Fransadadır.

Prezidentin administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili Parisdə Fransa tərəfindən Gürcüstanın Demokratik Respublikasının tanınmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

“26 sentyabrda Əlillər Sarayında vitse-polkovnik Dimitri Amilaxvarinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək. Burada prezident dəvət olunmuş qonaqlara, gürcü diasporasına və Dimitri Amilaxvarinin qohumlarına müraciət edəcək.

Tədbirdə Fransanın xarici legionunun 13-cü briqadası muzeyi və Sen-sir hərbi akademiya muzeyinə heykəltəraş Quram Nikoladzenin hazırladığı Dimitri Amilaxvarinin büstləri veriləcək.

Gürcüstan prezidenti Parisdə gürcü diaporunun bir neçə seçilən nümayəndəsini (ölümündən sonra) mükafatlandıracaq və dövlət mükafatları onun qohumlarına veriləcək.

Gürcüstan prezidentinin Zəfər Tağında əbədi məşəl mərasimində iştirakı planlaşdırılıb”, – rəsmi məlumatda deyilir.