Salome Zurabişvili – həlak olanların ailələrinə başsağlığı verirəm, Polşa hökuməti və Polşa xalqı ilə həmrəy olduğumuzu ifadə edirik
Polşa hökuməti və Polşa xalqı ilə həmrəy olduğumuzu ifadə edirik, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili sosial şəbəkədə yazır.
“Həlak olanların ailələrinə başsağlığı verirəm. Bu çətin dövrdə, Polşa hökuməti və Polşa xalqı ilə həmrəy olduğumuzu ifadə edirik. Polşa Avropanın ürəyidir. Bunu heçkim unutmamalıdır!”, – Salome Zurabişvili “tvitterdə” yazır.
Polşa ərazisində, Ukrayna sərhədi yaxınlığında baş verən partlayışdan sonra Polşa Xarici İşlər Nazirliyi bəyanat yaydı, hansına da əsasən, ölkə ərazisinə düşən raket Rusiya istehsalı olub, lakin bynatda konkretləşdirilməmişdi, raket haradan atılmışdı. Polşa prezidenti Andjey Duda bəyan etdi ki, ölkədə Polşa ərazisinə düşən raketin kim tərəfindən atıldığını dair hələlik konkret sübut yoxdur.Baş verənlərlə bağlı ABŞ prezidenti də bəyanat verdi. Az ehtimallıdır ki, Polşa ərazisinə raket Rusiyadan atılıb, – bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti, Co Bayden bəyan etdi.