Salome Zurabişvili – Gürcüstanın dayanmalı olduğu yerdə mən dayanıram, Zelenskinin və Ukraynanın yanında, dost ölkənin azadlıq uğrunda mübarizə apardığı yerdə dayanmağımız millətimizin ləyaqətidir

22:39, 04.03.2022

Tbilisidə Rustaveli prospektində keçirilən mitinqdə videomüraciət nümayiş etdirilib, burada Gürcüstan prezidenti Salome Zurabişvili toplaşan vətəndaşlara və Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.

Prezidentin müraciətində dediyi kimi, o, Gürcüstanın olduğu yerdədir, prezident Zelenski ilə Ukraynanın yanındadır.

“Bu gün mən Gürcüstanın dayanmalı olduğu yerdə, Ukrayna prezidenti Zelenskinin yanındayam. Dost ölkənin azadlıq, müstəqillik, Avropa gələcəyi üçün mübarizə apardığı yerdə dayanmağımız mədəniyyətimizin, adət-ənənəmizin və millətimizin ləyaqətidir. Biz də oradayıq, orada olacağıq və buradan sizə və prezident Zelenskiyə dəstəyimi çatdırmaq istəyirəm. Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız. Buna görə çox sağ olun”, – Salome Zurabişvili müraciətində bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan da daxil olmaqla, Avropanın yeddi şəhərinə müraciət edib.

Oxşar