Salome Zurabişvili – gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz reysini həyata keçirdi, Rusiyaya uçuşlara yox

14:16, 19.05.2023

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-Tbilisi istiqamətində həyata keçirdiyi ilk reysə “tvitter” səhifəsində əks səda verdi.

“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz reysini həyata keçirdi, Rusiyaya uçuşlara yox”, – Zurabişvili yazır.

Tbilisi Beynəlxalq Aeroportuna Rusiya aviaşirkətinə məxsus təyyarə endi. Moskva-Tbilisi reysini “Azimut” aviaşirkəti həyata keçirdi.

Oxşar