Salome Zurabişvili - gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz reysini həyata keçirdi, Rusiyaya uçuşlara yox
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-Tbilisi istiqamətində həyata keçirdiyi ilk reysə “tvitter” səhifəsində əks səda verdi.
“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz reysini həyata keçirdi, Rusiyaya uçuşlara yox”, – Zurabişvili yazır.
Tbilisi Beynəlxalq Aeroportuna Rusiya aviaşirkətinə məxsus təyyarə endi. Moskva-Tbilisi reysini “Azimut” aviaşirkəti həyata keçirdi.