Salome Zurabişvili Qremisxevidə işğal xəttinə getdi və "Ticroba" bayramını yerli əhali ilə birlikdə qeyd etdi
Gürcüstan prezidenti, Salome Zurabişvili Qremisxevidə işğal xəttinə getdi və “Ticroba” bayramını yerli əhali ilə birlikdə qeyd etdi.
Prezident, əsrlər boyunca birlikdə yaşayan gürcü-osetin əhalisinin ayrılmasını böyük cinayət adlandırdı.
“Qremisxevi kəndinə gəldim. Burada illər və əsrlər ərzində gürcü və osetinləri birləşdirən “Ticroba” bayramı qeyd olunur. Buraya çıxıb ibadət edirdilər. Lakin bu gün, yuxarı, işğal xəttinə görə, kənd əhalisi çıxa bilmir.
Əsrlər boyunca yaşayan insanların, bu cür ayrılması böyük cinayətdir!”, – Salome Zurabişvili bəyan etdi.
Məlumatı prezidentin administrasiyası yayır.