Salome Zurabişvili Giorgi Ruruanın əfv edilməsi aktını bu gün dərc etdirəcək
Salome Zurabişvili Giorgi Ruruanın əfv edilməsi aktını bu gün dərc etdirəcək

Gürcüstan prezidenti, Salome Zurabişvili Giorgi Ruruanın əfv edilməsi aktını bu gün dərc etdirəcək.

Salome Zurabişvilinin bir neçə gün bundan əvvəl bəyan etdiyinə görə, əfv aktı 27 apreldə, müxalif partiyaların nümayəndələrinin Parlamentə getməsi günü dərc etdirəcək.

Avropa Şurası prezidenti, Şarl Mişelin sənədinə imza atan müxalif partiyaların nümayəndələri Parlamentə getməyi bu gün planlaşdırırlar. Onlar qanunvericilik orqanında qeydiyyatdan keçəcəklər və plenar iclasda içtirak edəcəklər.

Bununla yanaşı, amnistiya haqqında qanunlayihə məsələsi üzrə məsləhətləşmələr davam etdiriləcək. Lakin güman edildiyinə görə, qanunlayihənin təhriki bu gün baş verməyəcək. Halbuki, parlament çoxluğu üzvlərinin dediyinə görə, qanunlayihə barəsində bu gün əlavə detallar məlum olacaq.