Salome Zurabişvili Dimitri Amilaxvariyə Gürcüstan milli qəhrəmanı adını verdi

Gürcüstan prezidenti, Salome Zurabişvili xarici legionun leytenat-polkovniki, Dimitri Amilaxvariyə ölümündən sonra Gürcüstan milli qəhrəmanı adını verdi

Prezidentin administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Parisdə Əlillər Sarayında Fransa tərəfindən Gürcüstanın Demokratik Respublikasının tanınmasının 100 illiyinə həsr olunmuş tədbirdə, prezident Gürcüstan dövlət mükafatını Dimitri Amilaxvarinin qohumlarına verdi.

Dimitri Amilaxvariyə ölümündən sonra Gürcüstan milli qəhrəmanı adı beynəlxalq arenada Gürcüstanı layiqincə təmsil etməsinə, Gürcüstan qarşı xüsusi pozitiv münasibətin yaradılmasına daxil edilən töhvə və ümumbəşər dəyərlərə fədakarlığına görə verildi.