Salome Zurabişvili - Bütün səylər Konstitusiya Məhkəməsinin iclasının təyin edilməsinə yönəldilməlidir, iddianın müsbət həlli bizi konstitusiya çərçivəsinə qaytaracaq
Siyasi partiyaların, cəmiyyətin, ictimai fəalların, hakimlərin və vəkillərin bütün səyləri iclasın təyin olunmasına, qaldırılan və müsbət həllinin bizi konstitusiya çərçivəsinə qaytaracaq iddianı Konstitusiya Məhkəməsinin müzakirə etməsinə yönəldilməlidir – bu haqda Gürcüstanın Prezidenti Salome Zurabişvili bugünkü brifinqdə deyib.
O, yaranmış vəziyyətdə yeganə dinc və sabit yolun yeni seçkilər olduğunu bildirib.
“Siyasi partiyalar və cəmiyyətin birlikdə hara getdiyimizə gəlincə, bu gün üzə çıxdı və gələcək dövrlərdə daha da üzə çıxacaq. Müxtəlif formatlarda görüşlərimiz olanda, birinci mərhələ, başlamalı və elə bu axşam Batumidə başlayacaq hərəkət Konstitusiya Məhkəməsinə təzyiqdir. Konstitusiya Məhkəməsi və onun hakimlərinin ölkədə olduqca dərin olan böhranı həll etmək üçün böyük imkanları var. Bunun əvəzinə Konstitusiya Məhkəməsi nəinki heç nə etmir, iclas belə təyin etmir. Beləliklə, siyasi partiyaların, cəmiyyətin, ictimai fəalların, hakimlərin və vəkillərin bütün səyləri iclasın təyin olunmasına, qaldırılan və müsbət həllinin bizi konstitusiya çərçivəsinə qaytaracaq iddianı Konstitusiya Məhkəməsinin müzakirə etməsinə yönəldilməlidir. Seçkilər baş tutmadı, parlament legitim deyil, lakin köhnə parlament qayıdacaq və bizdə keçid, yeni seçkilərə doğru olduqca stabil gediş olacaq. Birinci mərhələ bu konstitusiya iddiasıdır, amma ondan kənarda bizim yalnız bir tələbimiz var, o da konstitusiya tələbidir – seçkilər baş tutmayanda, seçkilər saxtalaşdırılanda, xalqın səsi oğurlananda, yeganə sabit, dinc yol yeni seçkilərdir. Heç kim başqa bir şey icad etməyib, bütün digər yollar daha çox qeyri-sabitliyə aparır. Əgər biz ölkəni əmin-amanlığa çıxarmaq istəyiriksə, onun əhalisinə öz səsini qaytarmasına, saxtalaşdırma olmadan öz həqiqi iradəsini yenidən ifadə etməsinə imkan verməliyik. Hamı və ilk növbədə, bu prosesdə iştirak edən siyasi partiyalar və qeyri-hökumət təşkilatları birlikdə çalışmalıdırlar ki, eyni vəziyyətə düşməməyimiz və saxtalaşdırmanın eyni vasitələrini onlara verməmək üçün yeni seçkilərin şərtləri necə olmalıdır. Bu seçkilərin real olaraq qorunmuş olmasını təmin etmək üçün çox konkret addımlar atılmalıdır. Siyasi və ictimai qüvvələr bununla razılaşmalıdırlar ki, seçkilərin qorunması üçün bu planı hətta Avropa İttifaqı tərəfindən hazırlanan texniki missiya gələndə təqdim edək” – Salome Zurabişvili bildirib.
Eyni zamanda, Salome Zurabişvili qeyd edib ki, “mülki etiraz öz kortəbiiliyi, azadlığı və özünütəşkili ilə olduğu kimi qalmalıdır”.
“Biz hamımız razılaşdıq ki, heç bir siyasi partiyanın müdaxiləsinə ehtiyac yoxdur, aydındır ki, hətta mənim müdaxiləmə də ehtiyac yoxdur, amma dəstək və müdafiəyə ehtiyacı var. Bu, ilk növbədə cəmiyyətin və qeyri-hökumət təşkilatlarının, vəkillərin işidir, saxlanılan insanların hüquqi müdafiəsi, onların unudulmaması ictimai, mənəvi borcdur, eləcə də mənim borcumdur. Həmçinin, bütün qurumlara müraciət edirik ki, xəsarət alanları müdafiə etsinlər və bu zorakılığa qarşı onların səsini də beynəlxalq tərəfdaşlarımıza çatdırmaq mənim birbaşa borcumdur, çünki gördüyümüz hərəkətlər sivil ölkədə tamamilə qəbuledilməzdir. Onların müdafiəsi həm də ondan ibarətdir ki, çox tezliklə fond yaratmaq lazım gələ bilər. Bu gün hələ də cərimələri ödəmək üçün vasitələr, müxtəlif qeyri-hökumət təşkilatlarından vəsaitlər var, lakin elə bir an gələ bilər ki, fond yaratmaq və bu insanlara kömək etməyimiz üçün daha çox ictimai səy tələb oluna bilər. Yardım başqa şeylərdə də özünü göstərir ki, biz onları təxribatlardan qoruyaq. Mənə də müxtəlif formalarda bir neçə ismarıc gəldi, guya Ukraynadan gürcü hərbçilər hazırlaşırlar, bu etirazda hərbçilər kimi iştirak etmək üçün gəliblər. Bu, birbaşa təxribatdır, belə bir şey baş vermir” – Salome Zurabişvili bildirib.