Salome Zurabişvili - Brovardakı faciəvi qəzaya görə kədərləndiyimi ifadə edirəm, həlak olanların ailələrinə, Ukrayna xalqına, prezident Zelenskiyə başsağlığı verirəm, Gürcüstan sizinlə birlikdə matəm tutur

Gürcüstan prezidenti, Salome Zurabişvili Ukraynanın Brovar şəhərində baş verən faciəvi qəzaya görə kədərləndiyini ifadə edir.

Salome Zurabişvili həlak olanların ailələrinə, Ukrayna xalqına, prezident Zelenskiyə başsağlığı verir.

“Brovardakı faciəvi qəzaya görə dərin kədərləndiyimi ifadə edirəm. Həlak olanların ailələrinə, Ukrayna xalqına, prezident Zelenskiyə başsağlığı verirəm. Gürcüstan sizinlə birlikdə matəm tutur”, – Salome Zurabişvili “tvitterdə” yazır.

Ukrayna Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə məxsus helikopter Brovarıda uşaq bağçası və yaşayış evinin yaxınlığında qəzaya uğradı. Son məlumatlara görə, üçü uşaq və Daxili İşlər Nazirliyinin rəhbərliyi olmaqla 18 nəfər həlak olub.