Salome Zurabişvili - Böhran göz önündədir, dostlarımız Gürcüstanın bu böhrandan çıxa bilməsi üçün yolları birlikdə tapmağımız üçün buradadırlar
Bir zamanlar harada olduğumuzu və bu gün harada olduğumuzu düşünəndə qəlbim çox ağrıyır, itirilmiş fürsət hardasa var və biz bunu dostlarımızla birlikdə tapmalıyıq – bu haqda Gürcüstanın Prezidenti Salome Zurabişvili Litva Parlamentinin vitse-spikeri və Avropa İşləri Komitəsinin sədri Jiqimantas Pavilionis, eləcə də Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Mixail Rotun aralarında olduğu Avropa İttifaqının səkkiz ölkəsinin xarici əlaqələr komitəsinin sədrləri ilə görüşdən sonra bildirib.
Prezidentin qeyd etdiyi kimi, onların gəlişi bu avropalı dəstəyin daha bir əlamətidir.
“Mən qonaqlarımızı, Avropa parlamentlərinin nümayəndə heyətini salamlamaq istəyirəm. Səkkiz ölkəni təmsil edirlər və bunlar ilk gündən Gürcüstan dövlətini, dövlət quruculuğunu, onun Avropa yolunu dəstəkləyən Gürcüstanın həqiqətən sadiq dostlarıdırlar. Keçən il, dekabrda bizə namizəd statusu verilməsinə nail olduqsa, bu, bizə inanmaları və status vermələri ilk növbədə bu dostların sayəsində oldu. Dekabrda qeyd etdiyimiz bu etimad əlaməti Gürcüstan üçün çox böyük addım idi. Bir zamanlar harada olduğumuzu və bu gün harada olduğumuzu düşünəndə qəlbim çox ağrıyır, itirilmiş fürsət hardasa var və biz bunu dostlarımızla birlikdə tapmalıyıq. Gürcüstan dərin siyasi böhrana daxil olarkən, bu gün onların buraya gəlməsi bu avropalı dəstəyin daha bir əlamətidir. Avropa bizi buraxmır və hələ də Gürcüstana və Gürcüstanın avropalılığına, 33 il ərzində dəfələrlə ifadə olunmuş Gürcüstan xalqının avropalığına inanır. Avropa prinsipləri, avropalı gələcək ümidi şübhə altına düşəndə hər dəfə Gürcüstan əhalisi, ictimaiyyəti meydana çıxırdı. Bu ölkədə hakimiyyət tərəfindən demokratik prinsipdən yan keçilməsinə hər zaman etiraz edildiyi üçün biz praktiki olaraq 30 ilini küçədə keçirdiyini deyən çox insan tanıyırıq” – Salome Zurabişvili bildirib.
O deyib ki, gürcü cəmiyyəti həqiqətən də avropalıdır, lakin ölkənin demokratik hakimiyyəti yoxdur.
“Bu, həqiqətən də cəmiyyətin avropalı, demokratik olduğu və təəssüf ki, demokratik hakimiyyətinin olmadığı, bu ölkənin praktiki olaraq bütün təsisatlarını ələ keçirmiş və bu seçkilərdə nəticəsini aldığımız birpartiyalı hakimiyyəti olan bir ölkədir.
Bu birpartiyalı, başqasının köməyi ilə idarə edilən, lakin bir partiyalı idarə edilən və birpartiyalı saxtalaşdırılmış seçkilərdir. Ona görə də böhrana daxil oluruq. Mərkəzi Seçki Komissiyasının rəhbərinin bəyanatlarından irəli gələrək, onun hansı qərarı verəcəyi bəllidir. Burada sürprizlər ola bilməz. Böhran göz önündədir, dostlarımız Gürcüstanın bu böhrandan çıxa bilməsi üçün yolları birlikdə tapmağımız üçün buradadırlar və nəsə bir anda, nəsə bir formada bu böhrandan çıxacaq. Gürcüstanın legitim parlamenti, legitim hökuməti və vaxtı gələndə legitim yeni prezidenti olması üçün biz ədalətli şəkildə yeni seçkilərə qayıdacağıq. Bu bizim yolumuzdur. Bizim yolumuz sabitlik, demokratiya və Avropanın yoludur. Gürcüstan üçün başqa yol yoxdur. Burada olan dostlarımız buna bizimlə birlikdə dərindən əmindirlər”- Salome Zurabişvili bildirib.