Salome Zurabişvili baş nazirliyə namizədi və texniki hökumətin tərkibini seçkilərə qədər açıqlamaq fikrindən daşındı
Gürcüstanın Prezidenti Salome Zurabişvili baş nazirliyə namizədi və texniki hökumətin tərkibini seçkilərə qədər açıqlamaq fikrindən daşındı.
Salome Zurabişvilinin “Formula” teleşirkətinə müsahibəsində dediyi kimi, baş nazirliyə namizədi var, lakin, bu məsələnin seçkilərdən sonra həll olunması gərəkdiyini deyən dörd müxalifət partiyasını nəzərə alır.
“Mənim baş nazirliyə namizədim var idi və var, bir namizəd. Xartiyada yazılıb ki, mən təqdim etməliyəm. Çox düşündüm, çox axtardım və əmin oldum, lakin bu dörd partiyanı nəzərə alıram, çünki burada heç bir dissonans olmamalıdır. Onlardan dinlədiyim qədərilə, onlar hesab edirlər ki, seçkilərdən sonra bu məsələ öz həllini tapmalıdır. Onların əksəriyyətinin mövqeyi o idi ki, bu seçkidən sonra olsa yaxşı olardı, eləcə də hökumətin necə olmasının müxtəlif formulları var idi, mənim də öz baxışım var. Tamamilə texniki ola bilən texniki hökumət qarışıq ola bilər, bu haqda da seçkilərdən sonra uzlaşacağıq. Artıq bəzi danışıqlar olub, lakin bunun vaxtı sonra gələcək” – Salome Zurabişvili qeyd edib.
Gürcüstanın Prezidenti Salome Zurabişvili oktyabrın 12-də texniki hökuməti seçkilərdən əvvəl açıqlayacağını bildirmişdi.