Salome Zurabişvili Azərbaycanda görüşlər keçirdi

14:18, 16.06.2022

Gürcüstan prezidenti Salome Zurabişvili Bakıdadır. Azərbaycan mediasının yazdığına görə, Salome Zurabişvili bu gün azərbaycanlı həmkarı, İlham Əliyevlə görüşdü.

Gürcüstan prezidenti “Qlobal dünya nizamına təhdidlər” adlı 9-cu Qlobal Bakı Forumunda iştirak edir.

Eyni zamanda Gürcüstan prezidentinin administrasiyasında bəyan edirlər ki, Salome Zurabişvili Azərbaycandan bu gün qayıdacaq və Avropa Meydanında keçiriləcək aksiyada iştirak edəcək.

Oxşar