Salome Zurabişvili – Avropa İttifaqı və ABŞ Gürcüstana təcili olaraq diqqət yetirməlidirlər, təkcə demokratiya, insan hüquqları, Avropa gələcəyinə görə deyil, bu, son dərəcə geosiyasi məsələdir

16:32, 23.06.2025

 

Avropa İttifaqı və ABŞ Gürcüstana təcili olaraq diqqət yetirməlidirlər, təkcə demokratiya, insan hüquqları, Avropa gələcəyinə görə deyil, bu, son dərəcə geosiyasi məsələdir – bu barədə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili X sosial şəbəkəsində yazır.

“Gürcüstanda terror. Dünyanın diqqəti İran və İsrailə yönəlib, bu vaxt isə Rusiyayönümlü və İranyönümlü İvanişvili rejimi repressiyaları dərinləşdirir: dörd siyasi lider həbsxanadadır, dördü hökm gözləyir, baş nazir Kobaxidze isə açıq şəkildə müxalifətə xəbərdarlıq edir: “Hamı həbsxanaya”.

Avropa İttifaqı və ABŞ Gürcüstana təcili olaraq diqqət yetirməlidirlər, təkcə demokratiya, insan hüquqları, Avropa gələcəyinə görə deyil. Bu, son dərəcə geosiyasi məsələdir: yalnız qərbyönümlü Gürcüstan Qara və Xəzər dənizlərinə nəzarət edəcək Rusiya –Qafqaz –İran monolit oxunun formalaşmasının qarşısını ala bilər” – Salome Zurabişvili yazır.

Oxşar