Salome Zurabişvili bu gün Anqela Merkellə görüşəcək
Gürcüstan prezidenti Salome Zurabişvili Almaniyada rəsmi səfəri çərçivəsində bu gün Almaniya kansleri Anqelə Merkellə görüşəcək.
Günün ilk yarısında Almaniya prezidenti ilə audiensiya və genişlənmiş formatda görüş planlaşdılıb. Görüş nəticəsində Gürcüstan və Almaniya prezidentləri birgə press konfrans keçirəcəklər.
Görüşün sonunda Salome Zurabişvili Anqeka Merkellə görüş keçirəcək və daha sonra birgə press konfrans planlaşdırılıb.
Görüşün məqsədi Avropa İttifaqı və NATO ilə əlaqələrin dərinləşdirilməsidir.
Ona kimi isə Gürcüstan prezidenti iş səfəri ilə Fransada idi. Orada görüş Salome Zurabişvili və Fransa prezidenti Emanuel Makronla keçirildi.
Prezidentlər “Dimitri Amilaxvari adına gürcü-fransız dialoqunun” əsasının qoyulması haqda əməkdaşlıq deklarasiyasını imzaladılar. Görüşçdən sonra isə onlar birgə bəyanatlar verdilər.