Salome Zurabişvili Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir
Gürcüstan Prezidenti Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarının Prezidentini, vitse-prezidentini və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.
“ABŞ Prezidenti Co Baiden, vitse-prezident Kamala Harris və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm! 4 İyul, ABŞ-ın azad bir dünya üçün ümid işığı olduğu 245 ili xatırlamaq üçün bir şansdır. Gürcüstan xalqı adından Amerika millətinə şərəfli gün diləyirəm”, – deyə Salome Zurabişvili yazır.