Salome Zurabişvili Axalkalakidə gürcü əlifbası ilə çəkilmiş panonu açacaq
Ana Dili gününün qeyd olunması ilə əlaqədar Samtsxe-Cavaxetiyə gedən Gürcüstan prezidenti, bu gün görüşlərini davam etdirəcək.
Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, Salome Zurabişvili Axalkalakidə gürcü əlifbası ilə çəkilmiş panonu açacaq və yerli əhaliyə nitqlə müraciət edəcək.
Həmçinin prezident Zurab Jvaniya adına məktəbinin əlaçı məzunlarını mükafatlandıracaq.
Gürcüstan prezidenti Samtsxe-Cavaxetidə fəaliyyət göstərən şirkətləri gözdən keçirdi və “Gürcüstanda istehsal et” proqramına qatılmış sahibkarlarla görüşdü.