Salome Zurabişvili ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Vaşinqtonda dəfn mərasimində iştirak edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Vaşinqtonda dəfn mərasimində iştirak edəcək.
Bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
“Gürcüstan prezidentinin ABŞ-a işgüzar səfəri başlayıb. Salome Zurabişvili ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Vaşinqtonda, Vaşinqton Katedralində keçiriləcək dəfn mərasimində iştirak etmək üçün dəvət olunub. Mərasimdə vida nitqlərini ABŞ prezidenti Co Bayden, prezident Bill Klinton, keçmiş dövlət katibi Hillari Klinton və ailə üzvləri söyləyəcək. Gürcüstan prezidenti dünya liderləri ilə birlikdə Madlen Olbraytın şərəfinə Vaşinqtonda ABŞ Sülh İnstitutunda keçiriləcək ziyafətdə iştirak edəcək”, – deyə məlumatda bildirilir.
ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt martın 23-də 84 yaşında vəfat edib.