Salome Zurabişvili 8 məhkumu əfv edib
Salome Zurabişvili 8 məhkumu əfv edib

 

Gürcüstanın Prezidenti bu gün 8 məhkumu əfv edib. Bu haqda məlumatı Prezident Administrasiyası yayır.

Onların məlumatına əsasən, 6 məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə şəklində təyin olunmuş cəzanın çəkilməsindən tam azad edilib. Onların arasında bir qadın məhkum var. İki məhkumun cəzaçəkmə müəssisəsində çəkməsi üçün qalan cəza müddəti azaldılıb, o cümlədən bir qadın məhkumun.