Salome Zurabişvili 5000 lari məbləğində cərimələndiyini bildirir
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili 5000 lari məbləğində cərimələndiyini bildirir.
Zurabişvili sosial şəbəkədə elektron cərimə qəbzinin şəklini dərc edir, ona əsasən cərimə ehtimal ki, martın 3-də keçirilmiş aksiya ilə bağlıdır.
“Bu gün fəal kimi vəftiz olundum. Mən isə bütün anaların dayanmalı olduğu yerdə, vicdan məhbuslarının analarının yanında dayanmışdım” -Zurabişvili sosial şəbəkədə yazır.