Salome Zurabişvili 11 məhkumu əfv edib
Salome Zurabişvili 11 məhkumu əfv edib

 
Gürcüstanın Prezidenti Salome Zurabişvili bu gün 11 məhkumu əfv edib. Bu haqda məlumatı Prezident Administrasiyası yayır.

Onların məlumatına əsasən, 3 məhkumun cəzaçəkmə müəssisəsində çəkməsi üçün qalmış azadlıqdan məhrum etmə şəklində təyin olunmuş cəza müddəti azaldılıb.

Bununla yanaşı, Prezident Administrasiyasının məlumatına əsasən, əfv aktı şərti cəza çəkməkdən tam azad edilmiş şərti cəzaya məhkum edilmiş 8 nəfərə şamil edilib.