Salome Samadaşvili – Sözümü yadda saxlayın, küçələrə daha çox insan çıxacaq, yüz minlərlə həmvətənimiz Gürcüstan küçələrinə çıxacaq
Seçim gürcü xalqının ixtiyarındadır, ya biz Avropanı və Avropa İttifaqında gələcəyimizi seçəcəyik, ya da rus oliqarxının rejimini və onun bu ölkədə hakimiyyətinin davamını seçəcəyik. Mən heç kimə ölkədə müxalifətlə oliqarxiyaya qarşı mübarizə adı altında məhkəmə prosesinə başlamağı məsləhət görmürəm”, – parlamentin plenar iclasında müxalifətçi deputat Salome Samadaşvili bildirib.
Deputatın fikrincə, bütün bu cür təşəbbüslər yalnız artıq başlanmış prosesi sürətləndirəcək.
Ölkəmizdə demokratik məkanı məhdudlaşdıracaq “Gürcü Arzusu”ndan atılan hər bir addım ölkəmizdə çoxsaylı mitinqlərin davam etməsini, eləcə də Avropa İttifaqı və ABŞ-ın sözdən işə keçidini sürətləndirəcək. Ona görə də yaxın gələcəkdə necə davranacağım barədə iki dəfə düşünərdim”, – Salome Samadaşvili bildirib.
Deputatın sözlərinə görə, iyunun 20-də on minlərlə tələbə Gürcüstanda gələcəklərini müdafiə etmək üçün çıxıb.
“Gürcüstan xalqı dünən öz seçimini etdi və küçələrə çıxdı. Sözlərimi yadda saxlayın – daha çox insan küçələrə çıxacaq, yüz minlərlə həmvətənimiz Gürcüstan küçələrinə çıxacaq”, – Salome Samadişvili bildirib.