Salome Samadaşvili – Salome Zurabişvilinin bəyan etdiyi proseslərin necə keçəcəyini gələcək göstərəcək, düşünürəm, bu prosesə biz şans verməliyik
Müxalifətçi deputat, Salome Samadaşvili Orbelianilər Sarayında prezident, Salome Zurabişvilinin qəbuluna siyasi partiyaların dəvəti ilə bağlı bəyan edir ki, proseslərin necə keçəcəyini gələcək göstərəcək.
Samadaşvili düşünür ki, bu prosesə müxalifət şans verməliydir.
“Düşünürəm, ilk növbədə, bugünki qəbul onun tərəfindən jestdir – müxalifətin dəvəti də və biz tərəfdən bu dəvəti kim qəbul etdisə. Geridə qalanları, Salome Zurabişvilinin bəyan etdiyi proseslərin necə keçəcəyini gələcək göstərəcək. Düşünürəm, bu prosesə biz şans verməliyik”, – Salome Samadaşvili bəyan etdi.
Məlumat üçün, Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün siyasi partiyalar üçün Yeni İl qəbulunu təşkil edəcək.
Prezidentadministrasiyasının mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili partiya nümayəndələrini Orbeliani Sarayında qəbul edəcək.