Salome Samadaşvili - Nataliya Sabanadzenin bəyanatında işarə var və hesab edirəm, ən başlıcası Gürcüstanın Avropa gələcəyinin təmin edilməsidir
Salome Samadaşvili - Nataliya Sabanadzenin bəyanatında işarə var və hesab edirəm, ən başlıcası Gürcüstanın Avropa gələcəyinin təmin edilməsidir

Bildiyim qədər, xanım Sabanadze ərizə yazdı və vəzifəsini tərk etdi. Onun bəyanatında işarə var və hesab edirəm, ən başlıcası Gürcüstanın Avropa gələcəyinin təmin edilməsidir, – bu barədə “Milli Hərəkatın” üzvü, Salome Samadaşvili Nataliya Sabanadzenin istefası barəsində bəyan etdi.

“Avropa İttifaqında Gürcüstanın səfiri ən ağır siyasi krizis fonunda və hakimiyyət Avropa İttifaqı tərəfindən cari mediasiya prosesinin pozduğu vaxt səfirin istefası açıq işarədir ki, heç kimin hansısa illüziyası ola bilməz onu barısində ki, “Gürcü Arzusunun” real siyasəti, bu ölkəmizn Avropadan uzaqlaşdırlması və Avropa gələcəyini dalana salmasıdır”, – Samadaşvili bəyan etdi.

Belçika Krallığı və Lüksemburq Hersoqluğunda Gürcüstan səfiri və Avropa İttifaqı ilə Gürcüstan missiyasının rəhbəri, Nataliya Sabanadze vəızifəsini tərk etdi. Bu barədə Sabanadze sosial şəbəkədə yazdı.