Salome Samadaşvili - İstintaq Komissiyasının heç bir legitimliyi yoxdur, vaxt gələcək və məhz bu komissiyanın və onların üzvlərinin fəaliyyəti araşdırılası olacaq
İctimaiyyətə izah etmək istərdim ki, bu istintaq komissiyasının heç bir legitimliyi yoxdur, təkcə parlamentin qeyri-legitim olmasına görə yox, həm də ona görə ki, komissiya Konstitusiyanın və reqlamentin bütün qaydalarının pozulması ilə yaradılıb, bu komissiyanın rəyinin heç bir hüquqi qüvvəsi olmayacaq – bu barədə “Lelo”nun üzvü Salome Samadaşvili deyib.
Samadaşvili bildirib ki, “vaxt gələcək və məhz bu komissiyanın və onların üzvlərinin fəaliyyəti araşdırılası olacaq”.
“Ölkəmizdə bu rus komissiyası siyasi təqibin yeni, güclü vasitəsinin yaradılması məqsədilə yaradılıb. Əminəm ki, bu komissiyanın rəyinin məhz bu təyinatı olacaq ki, bütün demokratik və Avropayönümlü partiyaların fəaliyyəti sonra məhdudlaşdırılsın və ehtimal ki, Gürcüstanda qadağan olunsun, çünki Rusiyanın tapşırığı belədir. Buna görə də xanım Tsulukiani və onun rus komissiyasının rəyinin yeganə funksiyası var, bu, Rusiyanın maraqlarına xidmət etməkdir. Məhz bu səbəbdən, biz bu komissiyanı legitim olaraq saymırıq, bu gün partiyamızın iki lideri Mamuka Xazaradze və Badri Caparidze rus rejimi tərəfindən həbsxanaya göndəriliblər” – Samadaşvili bildirib.
Məlumat üçün bildirək ki, parlamentin müvəqqəti istintaq komissiyasının rəyi sentyabrda ictimailəşdiriləcək.