Salome Samadaşvili – hakim komanda rəqiblərinə kifayət qədər cacab vermədiyi əhval-ruhiyyədə olanda barışıqdan danışmaq çətindir
Hakim komanda rəqiblərinə kifayət qədər cacab vermədiyi və götürdüyü öhdəlikləri yerinə yeirmədiyi əhval-ruhiyyəsində olanda sözsüz ki, bu insanlarlar barışıqdan danışmaq çətindir, – bu barədə müxalifətdən olan deputat, Salome Samadaşvili Saakaşvilinin milli barışıqla bağlı bəyanatını dəyərləndirərkən qeyd etdi.
Elə onun sözlərinə görə, barışıq üçün hər iki tərəfdə siyasi iradə olmalıdır.
“Ölkədə siyasiləşmiş ədalət olmasaydı, onda ölkə vətəndaşları həqiqətən də seçki günü, seçki qutusunda siyasətçilərə qiymət verərdi və onların münasibəti hər bir siyasətçi üçün ən yaxşı cavab olardı, insanların nailiyyətlərini, səhvlərini və ya onların uğurlarını necə qiymətləndirir.
Ölkənin ali qanunverici orqanına gələn “Gürcü Arzusunun” nüfuzlu nümayəndəsi, Tea Sulukianinin hakimiyyətin siyasi opponentləri ilə yaxşı rəftar etmədiyini belə qətiyyətlə deməsi təəssüfləndirici bir reallıqdır. O, bunu bir başa öz səhvi kimi etiraf etdi. Hakim komanda rəqiblərinə kifayət qədər cacab vermədiyi və götürdüyü öhdəlikləri yerinə yeirmədiyi əhval-ruhiyyəsində olanda sözsüz ki, bu insanlarlar barışıqdan danışmaq çətindir. “Gürcü Arzusu” siyasi qisas əhval ruhiyyəsi ilə öz siyasi gündəmini davam etdirir. Çünki heç cür pozitiv gündəmi yoxudur”, – Samadaşvili bəyan etdi.
Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvili bir neçə gün əvvəl öz “feysbuk” səhifəsində milli barışıqla bağlı məktub dərc etdirdi.
“Yaxın günlərdə mübarizə kəskinləşəcək və sizin məölubiyətinizə qədər dayanmayacaq. Və ya ağıla və milli barışığa gəlsəniz, gec olmamış, bu hamı üçün ən yaxşı çıxışdır”, – məktubda qeyd olunur.