Salome Samadaşvili - Bu gün seçkiləri boykot etməkdən danışmağımızın vaxtı deyil, bu gün müxalifətin birlikdə seçkilərə hazırlıqdan danışmalı olduğu vaxtdır
Salome Samadaşvili - Bu gün seçkiləri boykot etməkdən danışmağımızın vaxtı deyil, bu gün müxalifətin birlikdə seçkilərə hazırlıqdan danışmalı olduğu vaxtdır

 

Bu gün seçkiləri boykot etməkdən danışmağımızın vaxtı deyil, bu gün müxalifətin birlikdə seçkilərə hazırlıqdan danışmalı olduğu vaxtdır – bu barədə “Lelo” partiyasının üzvü Salome Sadamaşvili deyib.

Samadaşvilinin qeyd etdiyi kimi, o, siyasi məhbusların azad edilməsi və seçki mühitinin dəyişməsi ilə əlaqədar Salome Zurabişvilinin mövqeyini bölüşür.

“Biz birliyi qorumaq və bu rejimə vahid cəbhə ilə qarşı durmağın çox vacib olması baxışını tamamilə bölüşürük. Biz həmçinin Salome Zurabişvilinin, siyasi məhbusların azad edilməsi, eləcə də seçkilərlə bağlı mühitin dəyişdirilməsi tələblərinin səsləndirilməsi və yerinə yetirilməsinin vacib olması ilə əlaqədar mövqeyini bölüşürük. Eyni zamanda hesab edirik ki, artıq itirəcək vaxtımız yoxdur, fəal siyasi prosesə daxil olmalıyıq, bu isə seçkilərə hazırlıq deməkdir.
Bəli, həmçinin yaxın gələcəkdə təkcə yerli seçkilər deyil, həm də növbədənkənar parlament seçkilərinin olacağına dair onun baxış və gözləntisini bölüşürük. Müvafiq olaraq, buna hazırlaşmaq üçün düzgün strategiya və düzgün taktika lazımdır. Məhz buna görə biz dedik ki, bu gün seçkiləri boykot etməkdən danışmağımızın vaxtı deyil. Bu gün müxalifətin birlikdə seçkilərə hazırlıqdan danışmalı olduğu vaxtdır” – Samadaşvili bildirib.