Salome Samadaşvili bəyan edir ki, Qriqol Vaşadzenin bəyanatı barəsində internetdən bildi
Salome Samadaşvili bəyan edir ki, Qriqol Vaşadzenin bəyanatı barəsində internetdən bildi

“Milli Hərəkatın” üzvü, Salome Samadaşvili bəyan edir ki, partiyanın sədri, Qriqol Vaşadzenin bəyanatı barəsində internetdən bildi.

Gürcüstanın Birinci Kanalı ilə söhbəti zamanı, Samadaşvili qeyd etdi ki, o, görüşlərdə iştirak etmir və müvafiq olaraq bu məlumatı da yoxudur.

“Heçnə bilmirəm. Mən də indi interdən oxudum. Bir şey deyə bilmərəm. Güman ki, partiya bəyanat verəcək. Mən sadəcə olaraq nə görüşlərə gəzmirəm nə heçnə. Buna görə, tərəddüd edəcəm. Bir şey bilsəm, deyərdim.

İşin içində deyiləm və bilmirəm bu bəyanatı həqiqətən edib, nə vaxt və hara edib. Mən şəxsən işin içində deyiləm. Bu bəyanatın həqiqiliyini belə bilmirəm və necə nəsə deyim”, – Samadaşvili bəyan etdi.

Yayılan bəyanatda Qriqol Vaşadze partiyaları prosesi danışıqlar masasına keçirməyə və dərin dövlət böhranından çıxış üçün, bütün vasitələrdən istifadə etməyə çağırdı.