Salome Samadaşvili - beş müddəadan üçü demək olar razılaşdırılıb, müvafiq olaraq, iki razılaşdırlmamış müddəa üzrə yeniləşdirilmiş təklifin müzakirəsi daha asan olacaq
Bizim üçün siyasi məhbusların azad edilməsi və vaxtından əvvəl seçkilər mövzusu həlledici məsələdir, yeniləşdirilmiş prosesin bazis sənədini gözləyirik, – bu barədə “Milli Hərəkatın” nümayəndəsi, Salome Samadaşvili Avropa İttifaqı nümayəndəliyi ofisində görüşün başlamasına qədər bəyan etdi.
“Bizim mövqeyimiz məlumdur. Danışıqların son raundunda masada olan sənəddən iki müddəası bizim üçün qəbuledilməzdir, iyasi məhbusların azad edilməsi və vaxtından əvvəl seçkilər mövzusu. Buna görə, yeniləşdirilmiş prosesin bazis sənədini gözləyirik. Bizim üçün siyasi məhbusların azad edilməsi və vaxtından əvvəl seçkilər mövzusu həlledici məsələdir. Düşünürəm bundan əvvəl olan danışıqların əsası olan sənədə dəyişikliklər edilməlidir. Beş müddəadan üçü demək olar razılaşdırılıb, müvafiq olaraq, iki razılaşdırlmamış müddəa üzrə yeniləşdirilmiş təklifin müzakirəsi daha asan olacaq”, – Samadaşvili bəyan etdi.