Salome Samadaşvili - Avropa Parlamenti Giorgi Ruruanın azad olunmasını 8 mart razılaşması hissəsi kimi hesab edir, bütün şərtlər yerinə yetirilsə, müxalifət dəyişiklikləri dəstəkləməyə hazırdır
“Vahid Milli Hərəkatın” üzvü, Salome Samadaşvili Gürcüstan ilə bağlı Avropa Parlamentində edilən bəyanatlara əks səda verir.
Onun dediyinə görə, aydındır ki, Avropa Parlamenti Giorgi Ruruanın azad olunmasını 8 mart razılaşması hissəsi kimi hesab edir.
Salome Samadaşvilinin açıqlamasına görə, Avropalı partnyorlar ölkədə məhkəmə sisteminin müstəqilliyi problemi ilə həddindən artıq narahatdırlar.
“Bu faktiki olaraq Bidzina İvanişvili və Gürcüstanın mövcud hakimiyyətinə xəbərdarlıq və qırmızı kart idi.
Buna görə, bütün ismarıclar tamamilə hakimiyyət istiqamətinədir”, – Samadaşvili qeyd etdi və əlavə etdi ki, bütün şərtlər yerinə yetirilsə, müxalifət dəyişiklikləri dəstəkləməyə hazırdır