Sakstat – Aİ metodologiyasına əsasən, apreldə inflyasiya 13,0 faiz təşkil edib

11:44, 10.05.2022

Bu ildən Gürcüstanın Milli Statistika İdarəsi yeni göstəricini – İstehlak Qiymətlərinin Harmonik İndeksini dərc etməyə başlayıb. Bu metodologiyaya əsasən, 2022-ci ilin aprel ayında inflyasiya 13,0 faiz təşkil edib ki, bu da milli metodologiya ilə hesablanmış 12,8 faizlik inflyasiyadan 0,2 faiz çoxdur.

Ayrı-ayrı komponentlərə gəlincə, Aİ-nin HICP metodologiyasına əsasən, ötən ilin müvafiq ayı ilə müqayisədə faiz dəyişikliyi aşağıdakı kimi bölüşdürülür: Qida və alkoqolsuz içkilər – 20,6%; Spirtli içkilər, tütün – 6,1%; Geyim və ayaqqabı – 2,3%; Ev, su, elektrik, qaz və digər yanacaq növləri – 9,3%; Mebel, məişət əşyaları və bəzək, evlərə qulluq – 11,0%; Səhiyyə – 2,0%; Nəqliyyat – 22,6%; Rabitə – 0,9%; İstirahət, əyləncə və mədəniyyət – 4,1%; Təhsil – 2,7%; Mehmanxana, kafe və restoranlar – 12,3%; Müxtəlif mal və xidmətlər – 5,8%.

Oxşar