Sakstat – 2026-cı ilin yanvar-iyul aylarında Gürcüstanın ən böyük ixrac tərəfdaşı Qırğızıstan, ən böyük idxal tərəfdaşı isə Türkiyə olub

11:31, 19.08.2026

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Gürcüstanın 10 ən böyük ixrac tərəfdaşının ölkənin ümumi ixracındakı payı 70,2% təşkil edib.
Ən böyük ixrac tərəfdaşlarının ilk üçlüyündə Qırğızıstan 521,2 milyon ABŞ dolları ilə birinci, Çin 493 milyon dollarla ikinci, Rusiya isə 437,5 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
İdxala gəlincə, 2026-cı ilin yanvar-iyul aylarında 10 ən böyük idxal tərəfdaşının Gürcüstanın ümumi idxalındakı payı 70,6% olub. İlk üçlükdə Türkiyə 1 milyard 652,1 milyon ABŞ dolları ilə birinci, Rusiya 1 milyard 377,9 milyon dollarla ikinci, Çin isə 1 milyard 299,7 milyon dollarla üçüncü olub.
Bununla yanaşı, 2026-cı ilin yanvar-iyul aylarında ixrac olunan əsas əmtəə qrupları arasında ilk yeri minik avtomobilləri tutub. Onların ixracının dəyəri 1 milyard 160,7 milyon ABŞ dolları olub ki, bu da ümumi ixracın 24,9%-ni təşkil edib. İkinci yerdə neft və neft məhsulları – 571,5 milyon dollar, üçüncü yerdə isə qiymətli metal filizləri və konsentratları – 356,3 milyon dollar qərarlaşıb.
2026-cı ilin yanvar-iyul aylarında ən böyük idxal əmtəə qrupu da minik avtomobilləri olub. Onların idxalının dəyəri 2 milyard 33 milyon ABŞ dolları təşkil edib və ümumi idxalın 18,7%-nə bərabər olub. İkinci yerdə neft və neft məhsulları – 967,4 milyon dollar, üçüncü yerdə isə dərman vasitələri – 422,6 milyon dollar qərarlaşıb.

Oxşar