„Sakstat“ – 2026-cı ilin yanvar-avqust aylarında yerli ixrac 63,5 faiz artıb

13:03, 21.09.2026

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 5 milyard 422,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz çoxdur.

„Sakstat“ın məlumatına görə, re-eksport nəzərə alınmadan yerli ixrac ümumi ixracın 60,6 faizini təşkil edib.

Yerli ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,5 faiz artaraq 3 milyard 286,6 milyon ABŞ dollarına çatıb.

2026-cı ilin yanvar-avqust aylarında Gürcüstanın yerli ixracında 10 əsas tərəfdaş ölkənin payı 65 faiz təşkil edib. Ən böyük ixrac tərəfdaşları Çin – 529,1 milyon, Rusiya – 468,3 milyon və Türkiyə – 297,3 milyon ABŞ dolları ilə olub.

Yerli ixracın əmtəə strukturunda ilk sırada 649,1 milyon ABŞ dolları ilə neft və neft məhsulları qərarlaşıb. Bu məhsulların ümumi yerli ixracda payı 19,8 faiz təşkil edib.

İkinci yerdə 403,1 milyon ABŞ dolları ilə qiymətli metal filizləri və konsentratları, üçüncü yerdə isə 219 milyon ABŞ dolları ilə ferroərintilər qərarlaşıb.

Oxşar