“Sakstat”: 2025-ci ildə Gürcüstanda 888 mindən çox vətəndaş pensiya alıb, sosial paket alanların sayı isə 187,8 min nəfər təşkil edib
Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2025-ci ildə Gürcüstanda pensiya alanların sayı 888,5 min nəfər olub. Onların 70,4 faizi qadınlar, 29,6 faizi isə kişilərdir. Pensiya alanların 30,7 faizi Tbilisidə, 15,5 faizi İmeretidə, 10,3 faizi Kvemo Kartlidə, 10,2 faizi Sameqrelo–Yuxarı Svanetidə, 8,5 faizi Kaxetidə, qalan 24,8 faizi isə digər regionlarda yaşayır.
Sakstatın məlumatına əsasən, sosial paket alanların sayı 187,8 min nəfər təşkil edib. Onların 32,8 faizi qadınlar, 67,2 faizi isə kişilərdir. Sosial paketin təyin edilmə səbəblərinə görə, alanların 69,5 faizi əlilliyi olan şəxslər, 17,5 faizi müharibə iştirakçıları, 10,9 faizi ailə başçısını itirmiş şəxslər, 2,1 faizi isə digər kateqoriyalar üzrədir.
Eyni zamanda, sosial paket alan və əlillik statusuna malik şəxslərin sayı 134,7 min nəfər olub. Sosial paket alanların 27,6 faizi Tbilisidə, 15,6 faizi İmeretidə, 12,6 faizi Acarıstan Muxtar Respublikasında, 9,3 faizi Sameqrelo–Yuxarı Svanetidə, qalan 34,9 faizi isə digər regionlarda qeydiyyatdadır.
Bundan əlavə, qurumun hesabatına görə, 2025-ci ildə məqsədli sosial yardım proqramının məlumat bazasında qeydiyyatda olan ailələrin sayı 397,1 min olub. Yaşayış minimumu üzrə müavinət alan ailələrin sayı 129,5 min, sosial cəhətdən həssas statusu qorunmaqla ictimai məşğulluğun təşviqi üzrə dövlət proqramına cəlb olunan ailələrin sayı isə 54,8 min təşkil edib.
Regionlar üzrə ən çox qeydiyyatdan keçmiş ailə Tbilisidədir – 79,6 min ailə. Onlardan 33,5 mini sosial yardım alır.