Sakstat: 2025-ci ildə Gürcüstan vətəndaşlığı 2 333 nəfərə verilib, 1 426 nəfərin isə vətəndaşlığına xitam verilib
Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə Gürcüstan vətəndaşlığı 2 333 nəfərə verilib, 1 426 nəfərin isə vətəndaşlığına xitam verilib.
Hesabatdan məlum olur ki, Gürcüstan vətəndaşlığı alanların ən böyük hissəsi – 1 393 nəfər Rusiya Federasiyasından olub. 296 nəfər Almaniyadan, 114 nəfər Ukraynadan, 104 nəfər Ermənistandan, 81 nəfər isə ABŞ-dan Gürcüstan vətəndaşlığı alıb.
Gürcüstan vətəndaşlığından çıxarılmaya gəlincə, 2025-ci ildə bunun hüquqi əsası başqa ölkənin vətəndaşlığının qəbul edilməsi olub. “Sakstat”ın məlumatına görə, ötən il vətəndaşlığına xitam verilən 1 426 nəfərdən 639-u Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib. İkinci yerdə 209 nəfərlə Yunanıstan, üçüncü yerdə isə 121 nəfərlə Türkiyə qərarlaşıb.