“Sakaeronavigatsia” Kutaisi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında işıq-texnikası və naviqasiya sistemlərini tamamilə yeniləyəcək
“Sakaeronavigatsia” Kutaisi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında işıq-texnikası və naviqasiya sistemlərini tamamilə yeniləyəcək – bu barədə “Sakaeronavigatsia”nın Müşahidə Şurasının sədri Levan Karanadze bildirib.
O, qeyd olunan ultra-müassir sistemlərin həm ICAO standartlarına, həm də Avropa İttifaqının normalarına tam uyğun olduğunu deyib.
“Bu gün Kutaisi Hava Limanında cari infrastruktur layihəsinə baxış keçirdik. Bu, müstəqil Gürcüstanın tarixində ən vacib layihədir, çünki ilk dəfədir uçuş-enmə zolağı, ən uzun – 3 600 metrlik uçuş-enmə zolağı tikilir. “Sakaeronavigatsia” uçuş-enmə zolağında işıq-texnikası və naviqasiya sistemlərini tamamilə yeniləyəcək, bundan başqa, yeni meteostansiyalar təşkil olunacaq, alətlərlə enmənin yeni sistemi artıq quraşdırılıb, yəni naviqasiya infrastrukturu həm ICAO standartlarına, həm də Avropa İttifaqının normalarına uyğun olan ultra-müassir sistemlərlə tamamilə yenilənəcək. Layihə çərçivəsində həmçinin etibarlılığı xüsusi laboratoriya təyyarəsi ilə həyata keçirilən qalxma və enmənin yeni standart prosedurları işlənib hazırlanıb” – Levan Karanadze qeyd edib.
Məlumatı “Sakaeronavigatsia” yayır.