Saçxere Munisipalitetində Rusiyanın işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azad olunub

14:24, 27.07.2026

 

Rusiyanın işğalçı qüvvələri tərəfindən Saçxere Munisipalitetinin Perevi kəndi yaxınlığında qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azad edilib. Hazırda o, mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“Mərkəzi hakimiyyət qanunsuz saxlanılan Gürcüstan vətəndaşının azad edilməsi məqsədilə, sahib olduğu bütün müvafiq təsir vasitələrindən, o cümlədən Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt”dən istifadə edib. Dövlət Təhlükəsizliyi Xidməti işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan hər bir Gürcüstan vətəndaşının azad edilməsi üçün fasiləsiz rejimdə işini davam etdirir” — Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Oxşar